12 fevral 2025 17:56
107

Benjamin Mendi bu kluba keçdi

Fransa millisinin sabiq üzvü Benjamin Mendinin yeni klubu məlum olub.

“İki sahil” xəbər verir ki, 31 yaşlı müdafiəçi "Sürix"ə keçib.

Bu barədə İsveçrə klubunun mətbuat xidməti məlumat yayıb.  Onunla 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu "Loryan" olan Mendi "Mançester Siti", "Marsel" və "Monako"da da çıxış edib.