Pentaqonun yeni rəhbəri Pit Heqset bildirib ki, Ukraynadakı münaqişəni həll etmək üçün hər iki tərəf "istəmədiklərini etiraf etməyə" məcbur olacaqlar.
“İki sahil” xəbər verir ki, bu barədə RİA Novost məlumat yayıb.
"Bu, hər iki tərəfdən istəmədiklərini etiraf etmələrini tələb edir", - deyə, Heqset bildirib.
Bundan əvvəl Heqset, həmçinin bildirmişdi ki, ABŞ Ukraynanın NATO-ya üzvlüyünü münaqişənin diplomatik yolla həllinin real nəticəsi hesab etmir.