13 fevral 2025 15:35
91

ABŞ Ukraynaya xəyanət edib? - Heqsetdən CAVAB

Pentaqon rəhbəri Pit Heqset ABŞ-ı Ukraynaya münasibətdə “xəyanətdə” ittiham edən jurnalistin sözlərini rədd edib.

“İki sahil” xəbər verir ki,  o, bildirib ki, heç bir ölkə Ukrayna missiyasına ABŞ-dan çox sərmayə qoymayıb.

“Bu, şübhəsiz ki, xəyanət deyil. Dünən müttəfiqlərimizə dediyim kimi, biz uzun illər ərzində görülən inanılmaz işi tanıyırıq”, - deyə, RİA Novosti onun sözlərindən sitat gətirib.

Daha əvvəl Heqset bildirib ki, Ukrayna münaqişəsini həll etmək üçün hər iki tərəf “istəmədiklərini etiraf etməli” olacaqlar.