13 fevral 2025 17:22
93

Aİ Ukrayna ilə bağlı müzakirələrdə ikinci dərəcəli rol oynamamalıdır - İtaliya XİN

Avropa İttifaqı Ukrayna münaqişəsinin müzakirəsində ikinci dərəcəli rol oynamamalıdır.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bunu İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri, baş nazirin müavini Antonio Tajani Rusiya və ABŞ liderləri arasında telefon danışığı barədə danışarkən deyib.

“G7-lərin görüşünün keçiriləcəyi Münhendə sabah və ertəsi gün görəcəyik... Aİ-nin ikinci dərəcəli rol oynamaması son dərəcə vacibdir, biz amerikalılar kimi təkbaşına hərəkət etməməliyik”, - deyə, RİA Novosti onun sözlərini sitat gətirib.

Tajani həmçinin yaranan sülh dialoqlarını “müsbət və ümidverici” adlandırıb. O qeyd edib ki, bir nömrəli prioritet həm Yaxın Şərqdə, həm də Ukraynada sülhdür.