Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) medallar qazanıblar.
“İki sahil” xəbər verir ki, oğlanlar arasında çıxış edən yığma üzvləri, Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara sahib çıxıblar.
Qeyd edək ki, dünən gənc qızlar arasında taekvondoçumuz Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə etmişdi.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar