15 fevral 2025 16:54
123

Peruda körpü uçub: 2 nəfər ölüb, 41 nəfər yaralanıb - VİDEO

Perunun şimalında Panamerikan magistralında 60 metr uzunluğunda körpü uçub.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, təbii fəlakət zamanı körpünün üstündən keçərək 50-dən çox sərnişinin olduğu ikimərtəbəli avtobus və minik avtomobili çaya düşüb.

Əraziyə xilasedici və tibbi qruplar göndərilib. Səylər zamanı avtobus sürücüsü və 1 sərnişinin cəsədi tapılıb, 41 nəfər xəstəxanaya çatdırılıb. Şimaldakı liman şəhəri Çimbotedən yola çıxan avtobus paytaxt Limaya gedirmiş.

1960-cı illərdə magistral yolda tikilən körpünün dağılmasının səbəbi məlum deyil.

Məhərrəm Ağalaroğlu, “İki sahil”