Çin rəhbəri Si Cinpin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar zamanı hər iki ölkənin bir-birinə doğru addım atacağına və ümumi maraqlar əsasında hərəkət edəcəyinə ümid etdiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"Əməkdaşlıq ikitərəfli prosesdir: Çin-ABŞ ticarət-iqtisadi münasibətlərinin sabitləşdirilməsi üçün təkcə əməkdaşlıq istiqamətlərinin siyahısını genişləndirmək deyil, həm də problemlərin siyahısını azaltmaq lazımdır. Əgər bərabərlik, hörmət və qarşılıqlı fayda ruhunu rəhbər tutsaq, problemlərin həlli yolunu tapmaq olar.
Ümid edirəm ki, hər iki tərəf qarşılıqlı fayda və ümumi maraqlar prinsipinə sadiq qalaraq bir-birinə doğru addım atacaq və Çin-ABŞ ticarət-iqtisadi münasibətlərinin davamlı, sabit və müsbət inkişafına kömək edəcək", - telekanal Çin liderinin sözlərindən sitat gətirib.
Onun fikrincə, Çin və ABŞ iki böyük dövlət arasında qarşılıqlı münasibətlərin qurulmasına yeni yanaşma axtarmalıdır.
"Çin və ABŞ məsuliyyətli böyük dövlətlər kimi hərəkət etməli, xalqlarımızın gözləntilərini doğrultmalı, zamanla ayaqlaşmalı və böyük dövlətlər arasındakı münasibətlərə yeni yanaşmalar axtarmalıdır", - Çin Sədri əlavə edib.
Tramp: ABŞ və Çin hər iki ölkənin qarşısında duran məsələlərdə uğurlar əldə ediblər
Dövlət Departamenti diplomatlara müraciət edib: "Superintellekt" terminindən istifadə edin
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib