Gənc rəssam Məryəm Ələkbərli vəfat edib.
“İki sahil” xəbər verir ki, o, ötən gün 33 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Məryəm Ələkbərli Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq rəhbəri Fatma Abdullazadənin qızıdır.
Onun gənc olmasına baxmayaraq, dünyanın bir sıra ölkələrində əsərləri nümayiş olunmuşdu.