Saatlı rayonunda itkin düşən Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalından aşkar olunub.
“İki sahil” xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri zamanı müəyyən olunub ki, M.Seyidov öz qonşuları olan 1980-ci il təvəllüdlü Elşad Elburus oğlu Abbasov və onun 2005-ci il təvəllüdlü oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılıb.
Şübhəli şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.