Dünyaca məşhur kolumbiyalı müğənni Şakira qarın nahiyəsində narahatlıq hissi keçirdiyi üçün Peruda xəstəxanaya yerləşdirilib.
“İki sahil” xəbər verir ki, Şakira səhhəti ilə bağlı deyib: "Dünən axşam qarın ağrısı səbəbiylə təcili yardıma getməli olduğumu və hazırda xəstəxanada olduğumu təəssüflə bildirirəm. Həkimlər bu axşam evə buraxılmayacaq qədər yaxşı olmadığımı söylədi. Ümid edirəm ki, sabah daha yaxşı olacağam və sizlər üçün hazırladığım şounu təqdim etmək üçün ən qısa zamanda xəstəxanadan çıxacağam".
Şakira ötən həftə Braziliyada başlayan turne çərçivəsində 10 ildən sonra ilk dəfə Perunun paytaxtı Limada çıxış etməli idi.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır