27 oktyabr 2026 17:33
149

Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir

Norveçin Baş naziri Yonas Qar Styoöre və Finlandiya lideri Aleksander Stubb Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra noyabrın əvvəlində Əbu-Dabidə keçirilə biləcək Ukrayna nizamlanması üzrə danışıqların konstruktivliyi ilə bağlı mülayim-nikbin təəssürat əldə ediblər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasından əvvəl bəyan edib.

"Prezident Stubb Prezident Putinlə danışıqdan dərhal sonra mənə ətraflı məlumat təqdim etdi və təsdiqlədi ki, söhbət zamanı hər iki tərəf öz mövqeyində qalıb. Lakin Avropa tərəfinin bu danışıqdan aldığı təəssürat Əbu-Dabi görüşlərinin konstruktivliyi baxımından çox ehtiyatlı-nikbin idi", — deyə Tusk qeyd edib.