18 fevral 2025 02:27
248

ABŞ əhalisi dünyanın ən xəstə insanlarıdır?

ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri katibi Robert Kennedi Amerikanın dünyanın ən xəstə əhalisinə sahib olduğunu söyləyib.

Nazir rəsmi olaraq “Fox News”a açıqlayıb ki, ölkə sakinləri və hakimiyyət orqanları dünya dərmanlarının təxminən 70%-ni satın alır.

"Biz digər ölkələrlə müqayisədə səhiyyəyə iki-üç dəfə çox pul xərcləyirik, lakin bizdə ən pis göstəricilər var. Biz dünyanın ən xəstə əhalisinə sahibik", - Kennedi bildirib.

Onun fikrincə, mövcud vəziyyəti ABŞ Səhiyyə Departamentinin total islahatı ilə düzəltmək olar.

“Bizim “mən fərqli olacağam, daha qida və əczaçılıq sənayesinin səhiyyə siyasətini diktə etməsinə icazə verməyəcəyəm" deyə bilən birinə ehtiyacımız var”,-deyə nazir vurğulayıb.

 

Nubar Süleymanova, “İki sahil”