Cari ildə KOB evlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Yeni KOB evlərinin Şuşa və Gəncə şəhərlərində fəaliyyət göstərməsi planlaşdırılır. Şuşada KOB evi Dövlət Xidmətləri Mərkəzində fəaliyyət göstərəcək. Ötən ilin iyul ayında cənab Prezident sözügedən mərkəzdə aparılmış təmir işləri ilə tanış olub. Orada 16 xidmət pəncərəsinin yaradılması hədəflənir. Ötən il “Bakı KOB evi”ndə istifadəyə verilmiş KOB gömrük anbarının fəaliyyətinin genişləndirilməsi və aktivliyinin artırılması istiqamətində işlər intensivləşdiriləcəkdir.
Bu fikirləri “İki sahil”ə müsahibəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Orxan Məmmədov qeyd edib ki, 2025-ci ildə yeni KOB klasterlərin yaradılması istiqamətində işlər aparılacaq, KOB-ların fəaliyyətində yaşıl və rəqəmsal texnologiyaların tətbiqi təşviq ediləcək. Bu il KOB Model Müəssisənin imkanlarından daha geniş istifadə edilməsi, yeni model tətbiqləri ilə sahibkarlıq sahəsi üçün faydalılığının artırılması planlaşdırılır.
Orxan Məmmədovla tam müsahibəni buradan oxuya bilərsiniz.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb