18 fevral 2025 08:00
204

Olaf Şolts və Fridrix Merts eyni hökumətdə yer almaq istəmirlər

Almaniyanın hazırkı Kansleri, Sosial Demokrat Partiyasının (SPD) seçkilərdə əsas namizədi Olaf Şolts və Xristian Birlik (CDU/CSU) partiyalarının əsas namizədi Fridrix Merts eyni hökumətdə yer almaq istəmədiklərini açıqlayıblar.

“İki sahil” xəbər verir ki, hər iki namizəd ARD telekanalında yayımlanan "Seçki Arenası" proqramında seçicilərlə görüşdə bunun mümkün olmadığını düşündüklərini ifadə ediblər.

Fridrix Merts bu barədə suala cavabında deyib: "İkimiz də bunun nisbətən az ehtimal olduğunu düşünürük". Olaf Şolts isə bu suala belə cavab verib: "Mən Kansler qalmaq istəyirəm, o isə Kansler olmaq istəyir".

Almaniyada növbədənkənar federal seçkilər fevralın 23-də keçiriləcək.