ABŞ Senatı Hovard Lutniki ticarət naziri vəzifəsinə təsdiq edib.
“İki sahil” xəbər verir ki, ABŞ-nin qanunverici orqanının yuxarı palatasında keçirilən səsverməni C-SPAN telekanalı yayımlayıb.
Fevralın 13-də Senatda prosedur səsvermə keçirilib, 52 senator onun namizədliyinin lehinə, 45 nəfər isə əleyhinə səs verib. Bundan əvvəl Senatın Ticarət, Elm və Nəqliyyat Komitəsi Latnikin ABŞ Ticarət Nazirliyinin rəhbəri vəzifəsinə təsdiq olunmasını tövsiyə edib.
ABŞ Prezidenti Donald Tramp 2024-cü ilin noyabrında ticarət naziri vəzifəsinə Latnikin namizədliyini irəli sürüb.