19 fevral 2025 12:31
347

 Səbinə Xasayeva Lökbatan qəsəbəsində vətəndaşları qəbul edib

Yanvarın 19-da 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonunun Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyasının inzibatı binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

“İki sahil” xəbər verir ki, qəbula gələnlər işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım(ÜDSY)  almaq hüququnun təyin edilməsinə, özünüməşğulluq proqramı  çərçivəsində  təşkil edilən  peşə kursuna cəlb edilmələrinə, vətəndaşların hüquqlrının pozulmasının qarşısının alınmasına, qanunlara ciddi əməl  edilməsinə nəzarətin gücləndirilməsinə, şəxsi problemlərinin həll edilməsi üçün  maddi yardım verilməsinə və digər problemlərinin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

 Qəbul zamanı  vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb, seçiciləri   maraqlandıran suallar cavablandırılıb və onlara lazımi tövsiyələr verilib.

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən  nəzarətə götürülüb.

Seçicilər görüşdən məmnuqlarını  ifadə ediblər.