19 fevral 2025 16:57
161

Məhəmməd Füzulinin qəbrinin üstündə onun Azərbaycan şairi olması əks etdirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq, ölkəmizin İraqdakı səfirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilib.

“İki sahil” xəbər verir ki, səfirlikdən bildirilib ki, Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseyn məscidindəki məzarının bərpa olunması istiqamətində bu ölkənin Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi ilə danışıqlar aparılıb. Görülən işlər nəticəsində məzarın sinə daşı yenilənib. Həmçinin daşın üzərində Məhəmməd Füzulinin Azərbaycan şairi olması əks etdirilib.