Çətin ki, Ukrayna sülh sazişinin bir hissəsi kimi ərazilərini itirilməsi ilə razılaşsın, amma demilitarizasiyaya razı olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "The Economist" yüksək rütbəli ukraynalı məmura istinadla yazır.
“Ukraynanın qəbul edə biləcəyi minimuma Qərb orduları ilə əlaqələrin davam etdirilməsi, genişmiqyaslı demilitarizasiyanın aparılmaması, davamlı silah və pul axını və xarici sülhməramlı qüvvələrin yeridilməsi daxildir”- deyə, nəşr qeyd edib.
Nəşrin həmsöhbəti onu da qeyd edib ki, Kiyev gəncləri Ukrayna Silahlı Qüvvələrinə cəlb etməsə, sülh sazişini qəbul etməlidir.
Bundan əvvəl Vladimir Zelenskinin ofisinin rəhbərinin müavini Pavlo Palis 18-24 yaş arası ukraynalıların səfərbərlik ehtiyatını 800 min olaraq qiymətləndirmişdi.