21 fevral 2025 10:35
113

Naxçıvanda avtomobil yolları qardan təmizlənir

Muxtar respublikanın yerli əhəmiyyətli avtomobil yolları qardan təmizlənir, hərəkətin təhlükəsizliyi təımin olunur.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Agentiyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, buzlaşmaya daha çox məruz qalan hissələr nəzarətdə saxlanılaraq, yolun hərəkət hissəsinə duz-qum qarışığı səpilir.