21 fevral 2025 21:00
324

YAP Bərdə rayon təşkilatında partiyanın veteranı və fəalı Tərlan Musayevanın 70 illik yubileyi qeyd edilib

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı Qarabağ Regional Mədəniyyət İdarəsi ilə birlikdə YAP veteranı Tərlan Musayevanın 70 illik yubileyi və onun haqqında çıxan "Ulu öndərin "canlı əsəri" Tərlan" kitabının təqdimatı ilə bağlı tədbir keçirilib. 

“İki sahil” xəbər verir ki, tədbirdə öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kinorejissor Y.Əfəndiyevin "Tərlan Musayeva" adlı qısametrajlı  filmi nümayiş olunub.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya YAP rayon təşkilatının yaradılmasında böyük əməyi olan Tərlan Musayeva haqqında giriş nitqi ilə çıxış edib, onun ömür yolundan danışıb. Bildirib ki, Tərlan Musayeva  sovet dövründə öz əməyi ilə Ulu Öndər Heydər Əliyevin və xalqımızın dərin rəğbətini qazanmışdı. O, həm həmin  dövrdə SSRİ Ali Sovetinin, həm də müstəqillik dövründə Azərbaycan Respublikası Milli Məclisinin Bərdə rayonundan deputatı olub, bu gün Prezident təqaüdçüsüdür. Ötən il Prezident seçkilərində  YAP rayon təşkilatının seçki qərargahının üzvü kimi Müzəffər Liderimiz cənab İlham Əliyevin 70 yaşlı  təbliğatçısı olaraq fəallığı ilə Ulu Öndər ideyalarına sədaqətini bir daha nümunəvi nümayiş etdirib. 
Sonra YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya veteranı, yubilyar Tərlan Musayevaya təşkilatın Fəxri Fərmanını və qiymətli hədiyyələr təqdim edib.

Daha sonra çıxış edən YAP-ın ilk üzvlərindən, rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, YAP üzvü olan şəhid anaları Arzu Hüseynzadə, Mehparə Qəribova, əmək adamları İradə Məmmədova, Ədibə Əhmədova, rayon Ziyalılar cəmiyyətinin sədri Rzaqulu Şərifov, YAP fəalları seyid İkram Ziyadov, Rafiq  Hüseynov, Şahin Məmmədov, Yaşar Yusifov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, QMƏVŞAİB Bərdə şöbəsinin sədri Etibar Hüseynova, Bərdə Bələdiyyəsinin sədri Ruslan Əhmədov və başqaları çıxış edərək yubilyar Tərlan Musayevanı təbrik edib, onun haqqında xoş arzularını bildiriblər. 

Tədbirdə çıxış edən Prezident təqaüdçüsü Tərlan Musayeva tədbirin təşkilatçılarına təşəkkür edib, öz xatirələrini bölüşüb.

Rayonun mədəniyyət işçiləri Arzu Yaqub qızı və Aqşin Hacızadə öz şerləri, Bərdə Mədəniyyət Mərkəzinin kollektivi ifa etdikləri şer və mahnılarla, direktor Gülbəs Məmmədovanın təqdim etdiyi zəngin proqramla tədbiri rövnəqləndiriblər.

 Sonda partiya fəalı, yubilyar Tərlan Musayeva ilə xatirə şəkli çəkdirilib.