Ötən il Azərbaycana idxal edilən bitumlaşmış kömürün miqdarı 17,7 min ton olub.
“İki sahil” xəbər verir ki, Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsulun idxalına çəkilən xərcin dəyəri 3,1 milyon ABŞ dolları təşkil edib.
Bitumlaşmış kömür idxalı əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 11,3 min ton və ya 2,8 dəfə, dəyər ifadəsi ilə 1,8 milyon ABŞ dolları, yaxud da 2,3 dəfə artıb.
Belə ki, 2023-cü ildə Azərbaycana idxal olunmuş 6,3 min ton bitumlulaşmış kömürün dəyəri 1,3 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycana yalnız Rusiyadan bitumlaşmış kömür idxal edilib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb