22 fevral 2025 11:58
169

Süni intellektli “Bayraktar TB2T-AI” sınaqdan uğurla keçir

Türkiyənin ilk milli silahlı pilotsuz uçuş aparatı (SİHA) “Bayraktar TB2”nin turbo mühərrikli və qabaqcıl süni intellektə malik yeni versiyası “Bayraktar TB2T-AI SİHA”nın sınaq uçuşları həyata keçirilib.

İki sahil”in “TRT Haber”ə istinadən xəbər verir ki, “Baykar”ın yaydığı məlumata görə, uçuş sınaqları Ədirnənin Keşan rayonunda davam edən yeni nəsil “Bayraktar TB2T-AI SİHA”, turbo mühərrik gücü, yüksək sürət, üstün hündürlük və ağıllı uçuş imkanları ilə dünyada öz sinfinin ən yaxşısı olaraq xidmət etməyə davam edəcək.

Turbo mühərrikli SİHA 30 dəqiqədən az bir müddətdə 30 min futdan çox yüksəkliyə çata bilir. “Bayraktar TB2T-AI SİHA”, davam edən uçuş sınaqlarında 30.318 fut yüksəkliyə çataraq öz rekordunu qırıb.

Mövcud SİHA-larla müqayisədə daha çox sürətli yüksəlməsi və yüksək hündürlükdə uzun müddət qalmaq qabiliyyətinə malik olan “Bayraktar TB2T-AI SİHA”, 160 düyün (300 km/saat) sürətlə hava üstünlüyünü qorumaq üçün böyük güc qazanıb.

Artan uçuş çəkisi və daşıma qabiliyyəti ilə döyüş meydanında daha uzun və effektiv xidmət edəcək “Bayraktar TB2T-AI SİHA”, bədəninə inteqrasiya olunmuş üç yeni nəsil süni intellekt kompüteri ilə hava döyüşlərində üstün avtonom imkanlar təqdim edir.

SIHA, eyni zamanda, ən çətin elektron müharibə mühitlərində əraziyə istinad edilən vizual naviqasiyanı yerinə yetirmək qabiliyyətinə sahib olsa da, qabaqcıl süni intellekt sistemləri sayəsində vizual naviqasiya vasitəsilə ərazini tanıya və istiqaməti təyin edə bilər.

Hədəfləri analiz edərək aşkar edib diaqnoz qoya bilən “Bayraktar TB2T-AI SİHA”, uçuş-enmə zolaqlarını vizual olaraq tanıyaraq dinamik marşrut planlaması ilə ən uyğun uçuş marşrutlarını təyin edə bilir.

Döyüş meydanında oyun dəyişdirəcək “Bayraktar TB2T-AI SİHA”, süni intellektlə dəstəklənən sistemləri sayəsində səmada fövqəladə vəziyyətlərdə avtomatik olaraq təhlükəsiz şəkildə bazaya qayıda bilir. Bu xüsusiyyət ilə SIHA döyüş meydanında dayanıqlığı və əməliyyat təhlükəsizliyini maksimum dərəcədə artırır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”