Kəskin hava şəraiti ilə əlaqədar qatarlara tələbat artıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, reysə çıxan qatarlar tam doluluqla yola düşüb. Çünki qarlı-şaxtalı hava şəraitində sərnişinlər təhlükəsiz nəqliyyat vasitəsi kimi qatarla səyahətə üstünlük veriblər.
Məlumatda qeyd edilib ki, Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarlar, eləcə də, Bakı-Ağstafa istiqamətində tələbata əsasən əlavə qatar da 100% doluluqla yola düşüb.
"Sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi üçün hər zaman əlavə tədbirlər görür, tələbatı qarşılamaq üçün reyslərimizi artırır, xidmət keyfiyyətimizi yüksəldirik", - ADY-dən bildirilib.