“Abşeron” yatağının işlənməsinin ikinci fazası üçün Front End Engineering Design (ilkin layihələndirmə - FEED) mərhələsi başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Trend-ə “TotalEnergies”in Bakı ofisindən məlumat verilib.
“Yataqların işlənilməsinin ikinci fazası üçün FEED mərhələsi (tammiqyaslı işlənilmə - FFD) il ərzində yekun investisiya qərarının (FID) qəbul olunmasına hazır olmaq məqsədilə 2025-ci ilin əvvəlindən başladılıb”, - şirkətdən bildirilib.
“TotalEnergies”dən vurğulanıb ki, 2023-cü ilin iyul ayından etibarən fəaliyyət göstərən və illik 1,5 milyard kubmetr qaz və sutkalıq 12,000 barel kondensatın hasilatını təmin edən “Abşeron” yatağının ilkin işlənilməsi mərhələsi çərçivəsində hasilatın sabit və təhlükəsiz səviyyədə aparılması təmin olunur.
Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizi şelfində, Bakıdan 100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometr şimal-şərqdə yerləşir.
“Abşeron” da qaz və kondensat hasilatı 2023-cü ilin iyul ayından etibarən JOCAP əməliyyatçı şirkəti tərəfindən həyata keçirilir.
Tərəfdaşlarla olan razılaşma əsasında, SOCAR yataqdan hasil olan qazı alır, kondensat isə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəql olunur.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb