“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Handysize" tipli "Xocalı" quru yük gəmisi ABŞ-nin Kaliforniya ştatının Lonq-Biç limanından götürdüyü 30 min ton kükürd yükünü Meksikanın Santa Rosalia limanına çatdırıb.
"İki sahil” ASCO-ya istinadən xəbər verir ki, yük limanda boşaldıldıqdan sonra gəmiyə ballast suyu vurulub və o, növbəti yükünü götürmək üçün ABŞ-nin Portland limanına istiqamətlənib.
Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının genişləndirilməsi məqsədilə 2024-cü ilin mayında istismara verilib.
Məhdudiyyətsiz üzmə imkanlarına malik "Xocalı" gəmisinin dedveyti 38 593 tondur. Gəminin uzunluğu 180 metr, eni 30 metr, suya oturumu 10,47 metr, maksimum sürəti isə 15,7 uzeldir. Maksimum yük götürməklə suya oturumu onun bir çox dayaz limanlara rahatlıqla daxil olmasına şərait yaradır.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb