İtaliyanın Florensiya şəhərində keçirilən “TourismA” beynəlxalq sərgisində Azərbaycanın arxeoloji və mədəni turizm imkanları tanıdılıb.
“İki sahil” xəbər verir ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı və Azərbaycanın İtaliyadakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində 21-23 fevral tarixlərində keçirilən sərgidə ölkəmizin qədim tarixi və arxeoloji abidələri barədə təqdimatlar edilib, ziyarətçilərə beynəlxalq əməkdaşlıq imkanları və arxeoloji irsin turizm məhsulu kimi inkişaf etdirilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib.
Təqdimatlarda, həmçinin tanınmış italyan arxeoloqu Nikola Laneri Azərbaycanın ən qədim arxeoloji abidələrindən biri olan “Tava Təpə” yaşayış məskəninin tarixi əhəmiyyətindən bəhs edib.
Sərgi çərçivəsində Dövlət Turizm Agentliyi arxeoloji irsin turizmə cəlbediciliyini artırmaq və bu sahədə yeni turizm marşrutları formalaşdırmaq məqsədilə bir sıra B2B görüşlər keçirilib, turizm şirkətləri, arxeoloji turlar üzrə ixtisaslaşmış turoperatorlar, elmi və mədəni təşkilatlarla əməkdaşlıq imkanları müzakirə olunub.
Sərgidə dünyanın müxtəlif ölkələrindən turizm sahəsində ixtisaslaşmış təşkilatlar, o cümlədən turizm şirkətləri, arxeoparklar, muzeylər, elmi tədqiqat institutları iştirak edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb