24 fevral 2025 18:08
85

Bakı metrosundan son iki gündə 830 mindən çox sərnişin istifadə edib

Şənbə və bazar günlərində 830 301 sərnişin metrodan istifadə edib.

Bu barədə “İki sahil” “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Bildirilib ki, havanın qeyri-sabit olmasına baxmayaraq, Bakı metropoliteni sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Şənbə günü Bakı metrosunda sərnişin axını 417 868 nəfər, bazar günü isə 412 433 nəfər təşkil edib. 

Həmçinin, bütün stansiyalara, elektrik depolarının iş rejiminə və hərəkət qrafikinə nəzarət gücləndirilib. Qatarların hərəkətində heç bir yubanma baş verməyib.

“Hava şəraitindən asılı olmayaraq sərnişinlərə fasiləsiz və təhlükəsiz nəqliyyat xidməti göstərməyə davam edir”, - məlumatda qeyd olunub.