Azərbaycanda maraqların toqquşması ilə bağlı ən çox rast gəlinən hallardan biri insanların bir-birini yaxşı tanıması, ailə üzvləri, qohumları, dostları ilə eyni sahədə çalışmasıdır.
“İki sahil” xəbər verir ki, bunu BP şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") 5-ci Etika və Uyğunluq Konfransında bildirib.
"Digər ən çox rast gəlinən hal insanların ikinci işinin olmasıdır. Universitetdə dərs deyən kimsə eyni zamanda hansısa təşkilatın idarəetməsində olur. Bu da bəzən problem yaradır. Bu problemi aradan qaldırmağın yollarından biri şəffaf olmaqdır. Ən yaxşı təcrübə isə odur ki, lazımı sənədlər qeydiyyatdan keçirilsin və mitiqasiya proqramı hazırlansın", - deyə o qeyd edib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb