Azərbaycanda əkinə yararlı ərazilərin 95%-dən çoxunda sığorta əlçatanlığı təmin olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov jurnalistlərə açıqlama verib.
O bildirib ki, aqrar sığorta sisteminin inkişafı məqsədilə 14-ə yaxın normativ hüquqi sənəd qəbul edilib. Bununla yanaşı, sığorta fəaliyyətinin daha effektiv həyata keçirilməsi üçün vahid informasiya sistemi yaradılıb.
Fuad Sadıqov qeyd edib ki, sığortalanan risklərin əhatə dairəsinin genişləndirilməsi əsas hədəflərdən biridir. Hazırda hər il 450 min hektar ərazi sığortalanır. Aqrar Sığorta Fondunun kapitalı da 9 milyon manatdan 30 milyon manata qədər artırılıb ki, bu da sektorun inkişafına böyük töhfə verəcək.
Qeyd edək ki, aqrar sığorta ölkədə kənd təsərrüfatı sektorunun dayanıqlığını artırmaq və fermerlərin risklərini minimuma endirmək məqsədilə həyata keçirilir.
Orxan Vahidoğlu, “İki sahil”
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb