Azərbaycanda əkinə yararlı 1,7 milyon hektar ərazi olsa da, bunun təxminən 1/4 hissəsi - 450 mini hektarı hər il sığortalanır.
“İki sahil” xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbirdə bildirib.
O qeyd edib ki, əkinə yararlı torpaqların 96,6%-ni sığortaya cəlb etmək olar: "Məqsədimiz ölkədə sığortalanan predmetlərin əhatə dairəsini genişləndirməkdir".
F. Sadıqovun sözlərinə görə, Fond bir neçə ildir ki, fəaliyyət göstərir və bu müddətdə onun aktivləri 9 milyon manatdan 30 milyon manata çatıb.
Xatırladaq ki, 2024-cü ildə Aqrar Sığorta Fondu 6,423 milyon manat sığorta ödənişi həyata keçirib. Bu, 2023-cü illə müqayisədə 45,75 % çoxdur.
Orxan Vahidoğlu, “İki sahil”
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb