Aqrar Sığorta Fondu bu il 22-23 milyon manat investisiya edəcək.
“İki sahil” xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbirdə bildirib.
"Fondun Himayəçilər Şurası var və orada 3 dövlət qurumu - Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Mərkəzi Bankı təmsil olunur. Onlar hər ilin əvvəlində investisiya istiqamətləri müəyyən edir. Yığdığımız vəsait dövlət qiymətli kağızlarına, beynəlxalq reytinq agentliklərindən yüksək reytinq almış banklara qoyulur. Ölkədə 5 belə bank var", - deyə o qeyd edib.
F. Sadıqov həmçinin bildirib ki, hazırda Azərbaycanda 41 adda məhsul sığortası var və bu ildən etibarən Azərbaycanda arıçılıq təsərrüfatlarının sığortalanması hədəflənir: “Bu məqsədlər sırasındadır. Lakin hədəfimiz bunu daha da artırmaqdır".
O həmçinin əlavə edib ki, Fondun ən çox ödəniş etdiyi rayonları Ağcabədi, Ağstafa, Qobustan, Samux, Saatlı, Şəkidir.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb