Sənaye zonalarında istehsal edilən məhsulların ölkə xaricində tanıdılması, ixrac coğrafiyamızın genişləndirilməsi istiqamətlərində işlər uğurla davam etdirilir.
“İki sahil” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC (Mr. Fix) Özbəkistanın Daşkənd şəhərində keçirilən 26-cı Özbəkistan Beynəlxalq İnşaat Sərgisində (“UzBuild 2025”) öz stendi ilə təmsil olunur.
Ziyarətçilər tərəfindən maraqla qarşılanan stendə şirkət tərəfindən istehsal edilən məhsullara dair nümunələr “Made in Azerbaijan” brendi ilə sərgi iştirakçılarına nümayiş etdirilir.
Sərgiyə fevralın 27-də yekun vurulacaq.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb