26 fevral 2025 15:33
151

ABŞ Konqresinin Nümayəndələr Palatası büdcə layihəsini iki səs fərqlə təsdiqləyib

Dünən gecə saatlarında ABŞ Nümayəndələr Palatası 217 lehinə, 215 əleyhinə olmaqla qızğın müzakirələrə və ABŞ Demokratik Partiyasının ümidsiz müqavimətinə səbəb olan büdcə qanun layihəsini təsdiqləyib.

“İki sahil” "nbcnews.com"a istinadla xəbər verir ki,  səsvermə zamanı hətta bir respublikaçı konqresmen Tomas Massi Demokratlara qoşulub. Lakin bu, Donald Tramp administrasiyası tərəfindən irəli sürülən büdcə layihəsinin qarşısını almaq üçün kifayət etməyib.

Ən mübahisəli məsələlər sırasında biznes və vətəndaşlar üçün vergilərin 4,5 trilyon dollar azaldılması, büdcə xərclərinin 2 trilyon dollar azaldılması olub. Eyni zamanda, hərbi və miqrasiya orqanları üçün büdcənin 100 milyard dollar artırılması təklif edilirdi ki, bu da ABŞ-a qeyri-qanuni immiqrasiyaya qarşı mübarizəni sərtləşdirməlidir.