Azərbaycanın sədrliyi ilə İranın paytaxtı Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Regional Planlama Şurasının 35-ci iclası çərçivəsində qurumun Turizm Komitəsinin toplantısı keçirilib.
“İki sahil” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, toplantıda Azərbaycanı qurumun aparat rəhbərinin müavini - Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda İƏT-in cari il üçün nəzərdə tutulan iş planı müzakirə edilib və 2025-ci ildə keçiriləcək tədbirlər siyahısı təsdiq edilib.
Görüşdə təşkilatın “Dayanıqlı turizmin inkişafı üçün regional tədbirlər planı”na dair fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qədim İpək Yolu abidələrinin və mədəni irsinin qorunması istiqamətində müvafiq tədbirlərin təşkili, üzv dövlətlərin turizm potensialının təşkilat çərçivəsində təbliğatı üzrə müzakirələr aparılıb.
Həmçinin təşkilat daxilində yaradılmış turizm sahəsi üzrə Məsləhətləşmə Komitəsinə üzv ölkələrdən müvafiq namizədlərin təqdim edilməsi razılaşdırılıb.
Təşkilatın cari il üçün tədbirlər planında yer alan “İƏT-in İpək Yolu İşçi Qrupunun 1-ci iclası”na Azərbaycanın ev sahibliyi etməsi təsdiq edilərək yekun təqvimə daxil edilib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb