Azərbaycanda ekoloji nəqliyyatın inkişafı ilə bağlı 2025-ci il üçün Yol Xəritəsinin yekun layihəsi hazırlanıb və yaxın günlərdə təsdiq üçün təqdim ediləcək.
“İki sahil” xəbər verir ki, bu barədə bu gün keçirilən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupunun iclasında məlumat verilib.
Bildirilib ki, Yol Xəritəsində ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması, infrastrukturun təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübələrin tətbiqinin genişləndirilməsi nəzərdə tutulub.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb