Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyini həyata keçirdiyi “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclası keçirilir.
“İki sahil” xəbər verir ki, iclasda Komissiyanın Katibliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsinin məsul nümayəndələri və özəl sektorun və biznes assosiasiyalarının təmsilçiləri iştirak edirlər.
Qeyd edək ki, özəl sektor nümayəndələrinin, o cümlədən avtomobil dillerlərinin təmsilçilərinin aktiv iştirakı ilə keçən görüşdə müvafiq çağırışlar və qarşıda duran vəzifələrdən irəli gələrək, praktik təkliflər istiqamətində səmərəli müzakirələr aparılıb və təkliflər irəli sürülüb.
Sonda 2025-ci il üçün Yol Xəritəsinin layihəsinin yekunlaşdırılaraq təsdiq üçün təqdim edilməsi qərara alınıb, eləcə də qarşıda duran vəzifələr üzrə tapşırıqlar verilib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb