Azərbaycanda elektromobil sektorunun inkişafı üçün maliyyələşmə müxanizmləri ilə bağlı təkliflər hazırlanır.
“İki sahil” xəbər verir ki, bunu Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” altqrupunun bu il üçün prioritet vəzifələrinə həsr olunmuş iclasda bildirib.
"2025-ci ilin birinci yarısında elektromobil və hibrid avtomobillərlə bağlı maliyyələşmə və infrastrukturun təkmilləşdirilməsi üzrə hökumətə təkliflər təqdim ediləcək. Bu istiqamətdə işçi və alt işçi qruplarında geniş müzakirələr aparılır".
Onun sözlərinə görə, elektromobil və hibrid avtomobillərinin idxalı yüksək templə artır və bu prosesin davamlı olması üçün infrastrukturun, xüsusilə “Azərişıq” ASC tərəfindən elektrik şəbəkəsinin adekvat gücləndirilməsi əsas prioritetlərdən biridir.
“Hazırda Azərbaycanda minik avtomobillərinin sayı təqribən 1,6 milyon təşkil edir. Elektromobillərin sayı isə bu ilin yanvar ayının əvvəlinə olan göstəricilərə əsasən, təxminən 6 min, hibrid avtomobillərin sayı isə 69 min civarındadır”, – deyə R. Qurbanov bildirib.
O qeyd edib ki, 2025-ci ilin yanvar göstəricilərinə əsasən, elektromobil və hibrid avtomobillərin sayında 33 %-lik artım müşahidə olunur: "Bu proses avtomobil sektorundakı tendensiyalarla yanaşı, dövlət tərəfindən dəstəklənən infrastruktur layihələri ilə əlaqəlidir".
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb