27 fevral 2025 13:50
106

Dondurulmuş Rusiya aktivləri ABŞ-ın deyil, Aİ-nin nəzarətindədir - Estoniya XİN

Dondurulmuş Rusiya aktivləri ABŞ-ın deyil, Aİ-nin əlindədir.

“İki sahil” xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna RND-yə açıqlamasında bildirib.

“Rusiya dondurulmuş aktivlərdəki 220 milyard avronu qaytarmaq və Rusiya iqtisadiyyatına qarşı sanksiyaları dayandırmaq istəyir. Bu aktivlər amerikalıların əlində deyil, bizim əlimizdədir" -deyə, o, bildirib.

Bundan əvvəl o, Avropanın sanksiyalarının Ukrayna üzrə danışıqlarda Rusiyanın mövqeyini zəiflətməyə kömək edəcəyi barədə fikir bildirib.