Papa Fransiskin sağalması həftələr çəkə bilər və Vatikan onun uzun müddət yoxluğuna hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "Il Messaggero" nəşri məlumat yayıb.
"O, yavaş-yavaş normal ritmini bərpa etməzdən əvvəl daha bir neçə həftə xəstəxanada qalmalı olacaq" - deyə, nəşr yazıb.

Vəziyyətinin ağır olmasına baxmayaraq, pontifik Gemelli Klinikasından öz vəzifələrini yerinə yetirməyə davam edir, qərarlar qəbul edir və mühüm sənədləri imzalayır.
Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb