Naxçıvan Muxtar Respublikasının (NMR) bütün ərazisini əhatə edən ümumi plan üzərində iş başa çatmaq üzrədir.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Təməl” mükafatı ilə təltifetmə mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Naxçıvan, Ordubad, Şahbuz şəhərlərinin Baş Planlarının üzərində iş davam edir: “Ötən ilin sonunda Babək və Culfanın Baş Planlarının üzərində işə başlamışıq”.
A. Quliyev ötən ilin nəticələri ilə bağlı danışarkən qeyd edib ki, 2024-cü ildə 359 şəhərsalma əsaslandırılması adlı sənəd təsdiq edilib: “Bunlardan 30-u Qarabağdakı 30 kəndin ərazi planlaşdırma sənədləridir”.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb