Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun daha bir oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, turnir cədvəlinin lideri olan “Murov Az Terminal” növbəti qələbəsini qazanıb.
Komanda "Gənclər"i məğlub edib - 3:0 (25:10, 25:19, 25:17).
Qeyd edək ki, ötən gün turun açılış qarşılaşmasında "Neftçi" MOİK-dən üstün olub - 3:0.