02 mart 2025 01:46
166

UEFA "Qarabağ"ı cəzalandırıb?

UEFA-nın İntizam Komitəsi "Qarabağ"ı cəzalandırıb. 

“İki sahil” xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb. 

Buna səbəb Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda "Olimpiakos"la matçda baş verən müxtəlif pozuntular olub.

Beləliklə, Ağdam təmsilçisi "komandanın intizamsız davranışına" görə 9 min avro cərimələyib. Yunanıstan klubu da stadionun sektorlarından birinin dəhlizlərini bağladıqları üçün eyni məbləğfə cəzaya məruz qalıb.

Qeyd edək ki, sözügedən matç "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitmişdi.