"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 26-cı turunda "Betis"ə 1:2 hesabı ilə uduzduqları oyundan danışıb.
“İki sahil” xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında deyib:
"Biz məğlub olmağa layiq idik. Öz səviyyəmizdə oynamadıq. "Atletiko"ya qarşı bu cür oynasaq, qalib gəlməyəcəyik".
Qeyd edək ki, "Real" - "Atletiko" matçı martın 4-ü, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.