Türkiyə Superliqasında 26-cı turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, bu gün daha 3 matç keçirilib.
“Rizəspor” – “Alanyaspor” matçında meydan sahibləri qalib gəliblər. Lider “Qalatasaray” “Kasımpaşa” ilə səfər oyununda xal itirib. “Fənərbaxça” isə “Antalyaspor”la ev oyununda 3 cavabsız qolla qalib gəlib.
Türkiyə Superliqası,
26-cı tur
2 mart
"Rizəspor" 3–1 "Alanyaspor"
Qollar: Gezzal, 46. Sou, 71. Olavoyin, 85 – Şporar, 65-pen.
"Kasımpaşa" 3–3 "Qalatasaray"
Qollar: Ben Uanes, 52. Brekalo, 61. Hayradinoviç, 85-pen – Osimhen, 12-pen; 71. Lemina, 69.
"Fənərbaxça" 3–0 "Antalyaspor"
Qollar: M.Müldür, 9. Tadiç, 26. En Nesiri, 30.
Bu nəticədən sonra lider "Qalatasaray"la 2-ci pillədəki əzəli rəqibi "Fənərbaxça" arasında xal fərqi 4-ə enib. "Sarı-qırmızılar"ın 65, "sarı lacivert"lərin isə 61 xalı var. "Samsunspor" (24 oyun) 46 xalla 3-cü, "Beşiktaş" (24 oyun) 44 xalla 4-cüdür.