03 mart 2025 08:33
124

Misli Premyer Liqasında oyun günü

Bu gün Misli Premyer Liqasında 25-ci tura start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə autsayder "Səbail" öz meydanında "Şamaxı" ilə qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq. 8-ci pillədə qərarlaşan "Şamaxı" da "Səbail" kimi Premyer Liqada qalmaq uğrunda mübarizə aparır.

Digər oyunda isə lider "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olacaq. "Sumqayıt" ardıcıl 8 turdur ki, qol vura bilmir.

3 mart (bazar ertəsi)

Misli Premyer Liqası,

25-ci tur

17:00.“Səbail” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Namik Hüseynov
“ASCO Arena”

19:30.“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Rahil Ramazanov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

4 mart (çərşənbə axşamı)

17:30.“Turan Tovuz” – “Zirə”
19:30.“Sabah” – “Araz-Naxçıvan”

5 mart (çərşənbə)

17:00. “Kəpəz” – “Neftçi”