03 mart 2025 10:22
116

Hakimlərə yaşıl vərəqə göstəriləcək -  YENİLİK

Ötən həftə Belfastda Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) 139-cu sessiyasında oyun qaydalarında bir sıra əsaslı dəyişikliklər edilib. 

“İki sahil” xəbər verir ki, ən əhəmiyyətli dəyişiklik qapıçıların topa sahib olma müddətinin məhdudlaşdırılması ilə bağlıdır. 

"XSport"-un məlumatına görə, IFAB həmçinin FİFA-dan mübahisələrin həlli üçün lazım olan vaxtı azaltmaqla VAR-ı təkmilləşdirməyə yönəlmiş təklif alıb və asambleyanın növbəti iclasında hakimliyin mümkün qədər ədalətli olmasına kömək etmək üçün başqa yardımın tətbiqini nəzərdən keçirəcək. 

Konkret, hələ VAR tətbiq edə bilməyən milli futbol assosiasiyaları üçün daha ucuz və əlçatan sistem olan futbola video dəstəyi sisteminin (FVS) tətbiqi məsələsinə baxılacaq. FVS sistemi 17 yaşadək və 20 yaşadək qızlar arasında keçirilən dünya çempionatında sınaqdan keçirilib. Yeniliyə əsasən, məşqçilər dördüncü hakimə yaşıl kart göstərməklə ədalət təmsilçisinin səhv qərar verdiyinə işarə edir və bununla da videogörüntülərə yenidən baxılmasını istəyir. Hər bir məşqçi hər oyunda ən çox iki dəfə yaşıl kartdan istifadə edə bilər.