Azərbaycanın millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə beynəlxalq “Strandja” turnirini 2 gümüş və 2 bürünc medalla başa vurub.
“İki sahil” xəbər verir ki, yığmanın heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) ikinci yeri tutublar.
Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərov (67 kq) isə turniri bürünc medalla başa vurublar.
Millimiz bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.