03 mart 2025 13:55
124

"Zirə" və "Neftçi" klubları cərimələnib

AFFA İntizam Komitəsi "Zirə" və "Neftçi" klublarını cərimələyib.

“İki sahil” xəbər verir ki, paytaxt təmsilçiləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yaşananlara görə ziyana düşüblər.

"Zirə" beş üzvü "Araz-Naxçıvan"la oyunda (0:2) sarı vərəqə aldığı üçün 700 manat, azarkeşlərin hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi ucbatından (cari mövsüm ikinci dəfə yaşanır) 500 manat ödəyəcək.

"Kəpəz"lə qarşılaşmada (1:0) qırmızı vərəqə alan "Neftçi"nin hücumçusu Bassalu Sambu 2 oyunluq cəzalanıb, "ağ-qaralar"a isə 1500 manatlıq cərimə tətbiq edilib.