Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının (İES) yenidən qurulması nəticəsində 1,5 milyard kubmetr qaza qənaət ediləcək.
“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, bu həcm "Abşeron" qaz yatağından hasil edilən qaza bərabərdir: "Bu, həm əhali, həm də dövlət üçün müsbət xəbərdir. Əhali daha ucuz enerji əldə edə biləcək, dövlət isə qənaət olunan qazı digər sahələrə yönləndirə biləcək".
Deputat Sadiq Qurbanov vurğulayıb ki, Azərbaycan enerji resursları ilə zəngin ölkə kimi enerji effektivliyi sahəsində böyük potensiala malikdir.
"Ölkədə enerji istehlakının idarə edilməsi və qənaətcil texnologiyaların tətbiqi sahəsində hələ də təkmilləşdirilməli olan məsələlər var", - deputat deyib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb