Ukrayna müttəfiqləri ilə birlikdə ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında Ağ Evdə keçirilən görüşdən sonra ABŞ-ın hava hücumundan müdafiə silahlarının dəyişdirilməsi yollarını axtarmağa başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
“Ukraynanın hava hücumundan müdafiə sisteminin Amerikasızlaşdırılması prosesi artıq başlayıb. Və o, şübhəsiz ki, sürətlənəcək”, – deyə, nəşr qeyd edib.
Jurnalın yazdığına görə, “demokratik ölkələr” arasında ABŞ “yer-hava” tipli raketlər, buraxılış qurğuları və radarlarda demək olar ki, monopoliya yaradıb. Lakin Trampın siyasətinə görə Ukrayna və onun müttəfiqləri artıq ABŞ-ın davamlı dəstəyinə arxalana bilmir.